AMEA prezidentinə İraq mükafatı verilib

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyanın Rəyasət Heyətində tanınmış kərküklü tə­dqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbay­can-Kərkük ədəbi əlaqələrindən söz açı­lıb, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin İraqda, görkəmli Kərkük ədəbiyyatşünası Əta Tərzibaşının 100 illik yubileyinin isə Bakı­da elmi konfranslarla keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Şəmsəddin Kuzəçi İsa Həbibbəyliyə təltif olunduğu “İraq kültür bakanlığı ödü­lü”nü təqdim edib. Həmçinin, türkmən ya­zarın yeni nəşr edilmiş “Məqalələr” top­lusu da AMEA rəhbərinə hədiyyə edilib.

İsa Həbibbəyli isə bu günlərdə aka­demiyada çap olunmuş Mahmud Kaşğa­rinin “Divani-lüğat-it-türk” və Məhəmməd Füzuliyə həsr olunmuş kitabları tanınmış Şəmsəddin Kuzəçiyə hədiyyə edib.

Görüşdə AMEA-nın birinci vitse-pre­zidenti, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri, akademiklər İra­də Hüseynova və Gövhər Baxşəliyeva, həmçinin filologiya elmləri doktoru, pro­fessor Qəzənfər Paşayev iştirak ediblər.

Anar ƏLİ
XQ

Mədəniyyət