Xocalı qəhrəmanının bədii obrazı ədalətə çağırır

post-img

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Gənclər Fondunun və Böyük Qayıdış Gənclər Təşkilatının dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdən bəhs edən “Qırmızı ləçəklər” romanının müəllifi, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varislə görüş keçirib.

Görüşdə yazıçı qələmə aldığı vətən-pərvər ruhlu kitabları barədə məlumat verib. O, Əlif Hacıyevin həyatı və qəhrə­manlığının əks etdirildiyi romanın ərsəyə gəlməsindən, əsəri yazarkən keçirdiyi bədii düşüncələrdən söz açıb. Sonra gənc oxucuları maraqlandıran sualları cavablandıran müəllif imzalı kitablarını onlara hədiyyə edib. 

Xatırladaq ki, Böyük Qayıdış Gənc­lər Təşkilatı dövlət sifarişi ilə yazılmış, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində yayı­lan “Qırmızı ləçəklər” romanının ölkənin gənclər auditoriyasına təqdimatını silsilə şəklində davam etdirir. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət