Lənkəran – “Türk Dünyasının Gənclik Paytaxtı”

post-img

Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin yüksək həyat və fəaliyyət şəraiti hər bir ölkənin maddi və mənəvi tərəqqisinə bilavasitə təsir göstərir. Bu baxımdan Lənkəran nümunəvi şəhər sayılır. 

Məlum olduğu kimi, Lənkəran bu il üçün TDT tərəfindən “Türk Dünyasının Gənclik Paytaxtı” elan olunub. Şübhə yoxdur ki, qazandığı yeni titul dövlətin gənclər siyasətinin uğurla həyata keçi­rildiyi “Cənub mirvarisi”ni dünyaya daha yaxından tanıdacaq. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin daimi diqqət və qayğısı ilə gənclərin mil­li-mənəvi dəyərlər əsasında vətənpər­vərlik ruhunda tərbiyə olunması, ya­radıcılq potensialının aşkarlanması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bundan ruhlanan gənclər də tərəddüd etmədən hər zaman öz təşəb­büskarlıqları, yaradıcılıq əzmləri ilə seçilməyə çalışırlar. Onların daha çox cəmləşdiyi Gənclər Mərkəzi istedadlı gənclərin üzə çıxarılmasına layiqincə xidmət edir. Bütün lazımı avadanlıqla təchiz olunmuş bu mərkəzdə xarici dil və komputer kursları, müxtəlif dərnəklər uğurla fəaliyyət göstərir. Müasir konf­rans zalına, 3D formatlı kino kluba malik mərkəzdə gənclər üçün müxtəlif mövzu­larda dəyirmi masalar və film nümayiş­ləri təşkil edilir. Burada gənclər kafesi, 30 yerlik qapalı, 150 yerlik açıq zal möv­cuddur. Hazırda ölkənin ən böyük gənc­lər evlərindən biri kimi fəaliyyət göstərən bu mərkəz ən qaynar məkanlardan biri kimi tanınır. 

Ötən il oktyabrın 3-də Lənkəran şəhəri Akademik Zərifə Əliyeva küçəsin­də yaşayış binalarının ərazisində “Sağ­lam məhəllə” adlı idman zonasının açılışı gənclərin idmana marağının artırılması və sağlam nəslin yetişdirilməsi istiqamə­tində atılmış mühüm addımlardandır. İctimai fəal oğlan və qızlar Lənkəranda fəaliyyət göstərən tələbə gənclər təşki­latlarında, tələbə elmi cəmiyyətlərində, yaradıcı birliklərdə fəaliyyətlərini uğurla davam etdirirlər. 

Vətənin müdafiəsində, ərazi bütövlü­yümüzün təmin olunmasında lənkəranlı gənclər xüsusilə fərqləniblər. Vətən mü­haribəsində canından, qanından keç­məyə hazır olan neçə-neçə lənkəranlı gənc şəhidlik zirvəsinə yüksəlib, qazi olub, fəxri adlara, orden və medallara la­yiq görülüb. Onların nümunəsi böyüyən nəslin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. 

Gələcəyə inamla boylanan Lənkə­randa Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran–Astara Regional nümayəndəliyi, “Maarifpərvər­lik” Azərbaycan Gənclərinin İctimai Yar­dım Assosasiyası, “İntellekt” Sərhədsiz Gənc Maarifçilər, “Ekoturizm” ictimai bir­likləri və “Cənub könüllüləri” qrupu bir-bi­rindən maraqlı tədbirləri ilə, sanki, yarışa giriblər. Bu təşkilatlarda yaradılan imkan­lardan yüzlərlə gənc özünün fərdi inkişafı üçün səmərəli istifadə edir. 

Respublikanın nüfuzlu ali təhsil ocaqlarından olan Lənkəran Dövlət Uni­versitetində (LDU) ölkənin ayrı-ayrı böl­gələrindən olan 7889, LDU nəzdində olan Sosial və Aqrar-Texnoloji Kollecdə 1100, Tibb Kollecində 537, Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində 400 gənc müxtəlif ixtisaslar üzrə təhsil alırlar. Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi şəhər icra hakimiyyətinin böyük dəstəyi ilə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategi­yası”nın və “Azərbaycan Respublikası­nın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndlə­rinin icrası istiqamətində bir sıra kütləvi tədbirlər keçirib. Belə ki, Lənkəran şəhəri Heydər Əliyev Parkında regionda yaşa­yan xüsusi qayğıya ehtiyacı olan, sağ­lamlıq imkanları məhdud, əlil, yeniyetmə və gənclər üçün Beynəlxalq Əlillər Günü münasibəti ilə keçirilmiş xeyriyyə sərgi­sində onların sosial müdafiəsini güclən­dirmək məqsədi ilə əl işləri nümayiş etdi­rilib və satışı təşkil olunub.

Bundan başqa, rayonda yeniyetmə və gənclərin əqli və intellektual səviy­yəsinin inkişafı, o cümlədən elmi poten­sialının gücləndirilməsi istiqamətində müxtəlif intellektual tədbirlər, bilik ya­rışları, müsabiqələr keçirilib, könüllülər günü qeyd edilib. Ötən müddət ərzində rayonda bilik bacarığı ilə seçilən gənclər arasında “Breyn-Rinq”, “Xəmsə”, “Nə, harada, nə zaman?” kimi yarışlarda xeyli qabiliyyətli gənc qüvvəsini sınayıb. Ra­yonda “Azərbaycan regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdiril­məsi”, “Uğurumu danışıram”, “Gənclik parlaq gələcəyimizdir”, “Gəncə Doğru” və digər tədbirlərdə yeniyetmə və gənc­lərin şəxsiyyətinin harmonik, hərtərəfli inkişafına şərait yaradılıb. “Gənc səy­yah”, “Zəfər turu”, “Biz gəlirik”, “Layihəmi reallaşdırıram” kimi təlimlər və layihələr onlar üçün aktual olan məsələlərin həl­lini tapmağa imkan yaradılıb. Rayonun kənd təsərrüfatı sahəsində çalışan gənc­ləri üçün “Gənc sahibkar və fermerlər” adlı görüşlər təşkil olunub, gənclərin iqtisadi biliklərinin artırılması, sahibkar­lıq fəaliyyətinə dəstək verilməsi, iqtisadi sahədə bacarıqlarının stimullaşdırılması məsələləri müzakirə olunub. 

Gənclər arasında cinayətkarlığın, narkomaniyanın və digər zərərli vərdiş­lərə olan meyllərin aradan qaldırılma­sı, habelə dini radikalizmlə mübarizə ilə bağlı maarifləndirici işin gücləndirilməsi də daimi diqqət mərkəzindədir. 

Hazırda Türk Dünyasının “Gənclər Paytaxtı” olan Lənkəranda Gənclər və İdman Nazirliyi və şəhər icra hakimiyyə­ti ilə birlikdə bu il üçün əhatəli tədbirlər planı hazırlanaraq həyata keçirilməyə başlayıb. İnanırıq ki, bu məramla atılan addımlar yadda qalan olacaq və Lənkə­ranın şöhrəti daha da artacaq.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət