Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 60 Bakı şəhəri, 31 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 no­yabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük .......rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I) ilə təsdiq edil­miş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal no­menklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə “2710 19 210 1” və “2710 19 210 9” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2710 19 210 1
– – – – – – – reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq

15 (31.12.2024-cü il tarixinədək – 0%)
2710 19 210 9
– – – – – – – digərləri

15 (31.12.2024-cü il tarixinədək – 0%)
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları