Türk ensiklopediyası Koreyada

post-img

Koreya Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türkşünaslıq İns­titutunun direktoru Eunkyung Oh yeni layihəsini reallaşdırıb. Onun rəhbərliyi ilə 21 müəllifin koreya dilində hazırlanmış “Türk Humanitar Elmlər Ensiklopediya­sı” nəşr edilib. 

Kitabda türkologiyanın bütün sahələ­rinə aid əsas anlayışlar yer alıb. Ensik­lopediya Koreya Milli Araşdırmalar Fon­dunun dəstəyi ilə universitetin Avrasiya Türkşünaslıq İnstitutu tərəfindən son 5 ildə (2018--2023) aparılan fundamental tədqiqatın yekunudur. Həm print, həm də elektron kitab (PDF) kimi yayılan ensk­lopediya 8 cilddən ibarətdir. Ümumilikdə isə 4500 səhifədən ibarət böyük həcmli bu əsərin türk dünyasının Koreyada tanı­dılmasında əhəmiyyətli rolu olacaq. 

Ensiklopediyanın hazırlanmasında azərbaycanlı alimlərin də əməyi var. Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı, AMEA-nın Ədəbiyyat İnstitutu­nun professoru Bədirxan Əhmədov və Folklor İnstitutunun şöbə müdüri Əli Şa­mil, Koreyada təhsil alan azərbaycanlı tələbə Leyla Məsimli türk dünyasının önəmli bir hissəsi olan Azərbaycanla bağlı məlumatların toplanıb dəqiqləşdi­rilməsində və tərcüməsində yaxından iştirak etmişlər. 

Layihənin rəhbəri Eunkyung Oh Ko­reya Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türkşünaslıq İnsti­tutunun direktoru, ingilisdilli Türkşünaslıq jurnalının baş redaktorudur. Türkiyənin Hacəttəpə Unversitetində fəlsəfə dok­toru və Özbəkistanın Daşkənd Elmlər Akademiyasında elmlər doktoru elmi dərəcəsi və professor adı alıb. O, həm də YUNESCO-nun himayəsi altında Asi­ya–Sakit Okean regionunun qeyri-maddi mədəni irs mərkəzinin məsləhətçisidir. Özbəkistan Turan Elmlər Akademiyası­nın üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Mədəniyyət