“İstiqlal” marşı Almaniya auditoriyasını necə fəth etdi?

post-img

Populyar TV proqramında Türk Milli Marşı ayaqüstə dinlənildi

Uzun illər Rusiya, Amerika, İtaliya və Yaponiyanın elmi tədqiqat mərkəzlərin­də çalışmış, 90-cı illərin əvvəllərində isə "Türk Dünyası Araşdırmaları Vəqfi"­nin qurucusu, professor Turan Yazqanın dəvəti ilə Türkiyəyə gələrək strateji mərkəzlərdə elmi fəaliyyətini davam etdirən türk sevdalı soydaşımız, Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Əmirulla Məmmə­dovun sosial şəbəkələrdə yaydığı bir xəbər qürür və məmnunluqla qarşılandı. Xəbərin aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik.

Almaniyanın ZDF televiziyasında yayımlanan “Siz mərc etmək istəyirsiniz­mi?” yarışma proqramına qatılan isveç­rəli vəkil Maykl Sauser 188 ölkənin milli marşını oxuya biləcəyini elan edir. Onun təklifi qəbul olunur və yarışma günü mün­siflər heyətinin qərarı ilə 5 ölkənin milli marşını ifa etməsi qərarlaşdırılır. Marşı təqdim olunacaq ölkələr Çin, Misir, Tai­land, Bosniya–Herseqovina və Türkiyə olur. 

Maykl Sauser ilk 4 ölkənin marşını təqdim etdikdən sonra münsiflər onun çıxışını yüksək səviyyədə bəyənir və Tür­kiyə Milli Marşının oxunmasına ehtiyac olmadığını elan edir. Amma Maykl Sau­ser qərara etiraz olaraq “madam ki, Tür­kiyə bayrağını seçmisiniz, Türkiyə marşı­nı da ifa etmək istəyindəyəm” – deyir. 

Münsiflər heyəti və aparıçı onun tələbi ilə razışır. Orkestr hazırlığa başla­yanda Maykl Sauser salona üz tutur və yenidən təkidlə tələb edir: “İstiqlal marşı” ayaq üstə dinlənilməlidir, xahiş edirəm ayağa durun… 

Çaşqınlıq və təlatüm yaşayan audi­toriya az sonra Mayklın bu “xahiş”ini də yerinə yetirməli olur və salon onun möh­təşəm ifasını sürəkli alğışlarla qarşılayır... 

Sözardı: Maykl Sauser İsviçrəli və­kildir. 21 sentyabr 1973-cü ildə Sürixdə doğulub. Orada ali hüquq təhsili alıb. O, müxtəlif ölkələrinin milli marşını söy­ləməklə dünya rekordu qazanıb. Maykl Sauser 1998-ci ildə Lozannadakı Olim­piya Muzeyində belçikalı pianoçu Gilbert de Greevenin müşayiəti ilə dünya dövlət himnlərinin orijinal dillərdə oxuduğu "Milli himn marafonu"nun təşkilatçısı olub və bu uğuru ilə Ginnesin rekordlar kitabına düşüb. 1998-ci ildə isə o, “Siz mərc et­mək istəyirsinizmi?” proqramında iştirak üçün münsiflər heyəti tərəfindən Frank­furta dəvət olunub, münsiflər heyətinin tələb etdiyi 5 dövlət himnini musiqi qru­punun müşayiət ilə ifa edib, 71 faiz səs qazanaraq yarışmanın qalibi olub. 

İsveçrəli hakimin dünya himnlərindən ibarət 5 CD diski “Koch Verlag“ şirkəti tərəfindən buraxılıb.

Maykl Sauzer Vyanada yaşayır və opera müğənniləri üçün menecment şirkətində çalışır.

Namiq QƏDİMOĞLU
XQ

Mədəniyyət