Soçi şəhərində Həmrəylik Günü qeyd edilib

post-img

Rusiyanın Soçi şəhərində yerləşən Gənclər Evində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi keçirilib.

“Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu şəhərdə yaşayan soydaşlarımız və övladları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan mərkəzin sədri İlqar Səlimov soydaşlarımızı bayram münasibətilə təbrik edib. O, Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Tədbirin əyləncəli hissəsində uşaqların qonağı Şaxta baba və Qar qız olub. Soydaşlarımızın övladları ana dilimizdə şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

Tədbir çərçivəsində soydaşlarımız övladları ilə birgə kamera qarşısına keçərək doğum günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər və ona ən xoş arzularını bildiriblər.

Anar ƏLİ

XQ

 

Mədəniyyət