Füzuli Dövlət Dram Teatrı Səbinə Haqverdiyevanın “Nar şirəsi” pyesini təqdim edib. Tamaşada həyatı sevmək, yaşamaq uğrunda mübarizənin, fiziki qüsurlu insanların sağalmasına təsiri ön plana çəkilib.
Quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə olan tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Vüqar Babayev və başqaları ifa ediblər.
XQ