“Böyük Teatr”da yeni baş direktor

post-img

Rusiya Federasiyasının Xalq artisti, Mariya teatrının bədii rəhbəri V.Qerqiyevin 5 il müddətinə “Böyük Teatr”ın baş direktoru vəzifəsinə təyin edilib. Məlumata əsasən, teatrın keçmiş rəhbəri V.Urin öz istəyi ilə tutduğu vəzifədən gedib.

V.Qerqiyev 1953-cü ildə Moskvada anadan olub, N.A.Rims­ki-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasını biti­rib. 1977-ci ildə Dövlət Akademik Mariya Teatrında) işə başlayıb. 1988-ci ildə teatrın baş dirijoru və opera truppasının bədii rəhbəri vəzifələrində çalışıb.

V.Qerqiyev hər il Peterburqda, habelə Rusiyanın digər şəhərlə­rində və xarici ölkələrdə 300 tamaşa və konsert hazırlayır.

V.Urin isə 2013-cü ilin iyul ayından etibarən Dövlət Akademik Böyük Teatrın baş direktoru vəzifəsini icra edib. Noyabrın 30-da səhnələşdirilən tamaşadan sonra o, kollektivə müraciət edərək vida sözləri söyləyib və həmin günün onun teatrdakı son iş günü oldu­ğunu açıqlayıb.

XQ

Son xəbərlər