Yağmursuz və dumanlı bazar günü

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 6-9°, gündüz 17-22° isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq. Azər­baycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Hava­nın temperaturu gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya