Azərbaycan milli rəqsləri Cenevrədə

post-img

Hər ilin noyabr ayında olduğu kimi, bu il də Cenevrənin “Palexpo” sərgi mərkəzində “Les Automnales” payız yarmarkası təşkil olunub. 

On gün davam edən yarmarkanı hər il yüz mindən çox insan ziyarət edir və 600-dən çox müxtəlif sərgi və animasiya, salonlar və müxtəlif tədbirlər  keçirilir.

Yarmarkada hər il keçirilən tədbirlərdən biri də müxtəlif xalqların döyüş sənəti, eləcə də mahnılar, musiqi və rəqslər sahəsində uğurlarını geniş ictimaiyyətə təqdim etməyə imkan verməklə, incəsənət və idman sahəsində fəaliyyət göstərənləri birləşdirən “Hərəkətlər sənəti salonu”dur (Salon de l’Art du Mouvement).

Soydaşımız Mariya Xan-Xoyskaya Martiqnolinin rəhbərlik etdiyi və üzvləri Cenevrədə yaşayan azərbaycanlıların övladlarından ibarət olan “İRS” uşaq rəqs qrupu tədbirdə Azərbaycan xalq rəqslərini geniş ictimaiyyətə təqdim edib.

 

S.FİDAN 
XQ

 

Mədəniyyət