Sankt-Peterburqda Şuşanın mədəniyyət kodunun təqdimatı

post-img

Sankt-Peterburqda “Mədəniyyət kodu Şuşa” lonqridinin təqdimatı keçirilib. 2023-cü ildə Türk dünyasının mədəni paytaxtı seçilən Şuşanın Rusiyanın mədəni paytaxtı Sankt-Peterburqda təqdimatı Şuşanın mədəni-mənəvi məzmun və əhəmiyyətinin Rusiya ictimaiyyətinə çatdırılması baxımından zəruridir.

Lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı xarıbülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsus musiqi səsləndirilir.

Bu platformada internetdə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən Alban kilsələrinin interaktiv xəritəsi, Şuşa məhəllələri xəritəsi, şuşalı musiqiçilərin 10 qızıl şəcərəsi infoqrafikası təqdim olunur.

Xatırladaq ki, təqdimat Əlimərdan bəy Topçubaşov adına “Rus–Azərbaycan mədəni-humanitar mərkəzi” tərəfindən təşkil edilib. 

XQ

 

Mədəniyyət