Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanır

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın müstəqilliyinin, gücünün və qüdrətinin rəmzi, milli qürur və şərəf tariximiz olan Zəfər Günü ilə əlaqədar “Tarixi Qələbə - Zəfər Günü”, “Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa” adlı ənənəvi, “Şuşa şəhəri günü”, “8 Noyabr Zəfər Günü” adlı virtual kitab sərgiləri və “Milli qürür, milli ləyaqət, tarixi qələbə” adlı videomaterial hazırlanaraq, oxuculara təqdim edilib.

“Şuşa şəhəri günü” və “8 Noyabr Zəfər Günü” adlı virtual sərgilərdə Ümummilli Lider Heydər Əliyevin Şuşa şəhərinin tarixi dəyəri və əhəmiyyəti haqqında söylədiyi fikirlər, bir gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa ediləcəyinə, mənfur düşmən tapdağı altında olan əzəli Azərbaycan torpaqlarının geri qaytarılacağına dair sarsılmaz qətiyyətini, inamını əks etdirən video görüntülər, səs yazıları təqdim edilir. Materiallarda   Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında qəbul edilən Sərəncamın tam mətni, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi dönəmində xalqa olan müraciətləri, xarici mətbuat orqanlarına verdiyi müsahibələr,  44 günü əhatə edən Şanlı Zəfər tarixinin xronologiyası, Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi ilə artıq üçüncü ildir ki, təşkil edilən Zəfər paradının qürurverici görüntüləri əks olunur. Virtual sərgilərdə Qarabağın incisi Şuşa şəhərində keçirilən mədəniyyət tədbirləri - Xarı Bülbül festivalları, Vaqif Poeziya günləri, qardaş Türkiyə Respublikası ilə müttəfiq münasibətlər haqqında məlumatlar təqdim edilir. Eyni zamanda virtual sərgilərdə 2020-ci ildən başlayaraq,  Şanlı Zəfər tarixi mövzusunda dərc edilən 20-dən çox kitabın və dövrü mətbuat nümunələrinin biblioqrafik təsvirləri də yer alır.

Kitabxana əməkdaşlarının hazırladığı “Milli qürür, milli ləyaqət, tarixi qələbə” adlı videomaterialda “Qələbəyə doğru dəmir yumruq əməliyyatı”, “Rəşadətli Azərbaycan Ordusu Qarabağ müharibəsində qələbə çaldı”, “Ata vəsiyyətinin həyata keçirilməsi”, “Azərbaycan Şəhadətlər sayəsində yenidən doğuldu”, “Yenidən qurulan şəhər, canlanan torpaq, yurda qayıtmağın sevincini yaşayan Qarabağ sakinləri”, “Şəhər günlərinin təsis olunması dövlət qayğısının təcəssümüdür”, “Qarabağın incisi Şuşa”, və sair bu kimi rublikalar  vasitəsilə Şanlı Zəfər və milli-mənəvi dəyərlərimizi, ənənələrimizi daim yaşadan, qədim tarixə malik olan Şuşa şəhəri haqqında geniş, ətraflı və maraqlı məlumatlar və görüntülər təqdim edilir.

Kitabxanada təşkil edilən “Tarixi Qələbə - Zəfər Günü”, “Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa” adlı ənənəvi kitab sərgilərində 44 günlük Vətən Müharibəsindən bəhs edən kitablar, dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsaitlər sərgilənməkdədir.

Kitabxana əməkdaşları tərəfindən Zəfər günü və 8 noyabr Şuşa şəhəri günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/8-noyabr-zefer-gunu

https://ryl.az/multimedia/milli-qurur-milli-leyaqet-tarixi-qelebe

https://ryl.az/multimedia/susa-seheri-gunu yerləşdirilib.

 





Mədəniyyət