Musa Qasımlı: Tarixi abidələrimizlə bağlı kitablar xarici dillərə tərcümə edilməlidir

post-img

“Tarixi abidələrimizin tədqiqatı ilə bağlı çap edilmiş kitabları xarici dillərə tərcümə etməli və müxtəlif ölkələrdə həmin kitabların təqdimatını keçirməliyik”

Bu fikiri Milli Məclisin deputatı Musa Qasımlı “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı dedi.

Deputat bildirdi ki, ermənilər Cənubi Qafqaza gələrkən ilk növbədə tarixi abidələri dağıdıblar: “Ona görə biz ölkə sərhədlərimizdən kənarda yerləşən tarixi abidələrimizi də araşdırmalı və onlara sahib çıxmalıyıq".

M.Qasımlı onu da diqqətə çatdırdı ki, Azərbaycan sərhədlərindən kənarda olan tarixi-mədəni abidələrimiz də araşdırılmalıdır.

Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət