“Bir nəfəs qədər”

post-img

Şəhidlik zirvəsi vətən anlayışını dərk edən insanlar üçün ən ali məqamlardan biri hesab olunur. Bəlkə də ən başlıcası... 44 gündə tarix yazdığımız bu şanlı zəfər günlərində bunun bir daha şahidi olduq. Biz şahid olarkən isə minlərlə qəhrəman şəhidlik zirvəsinə ucaldılar...

Bu gün isə Zəfər gününə həsr edilmiş "Bir nəfəs qədər" tamaşasının növbəti nümayişi keçirildi.

44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizə, qazilərimizə, əsgər övladlarımıza və  həm sevinci, həm kədəri eyni anda yaşayan analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşası Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulub.

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşada SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib. 

Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.                            

Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak edirlər.                                          

Qeyd edək ki, tamaşa 8 noyabr 19⁰⁰da Azərbaycan Dövlət Akademik Musiqi Teatrında yenidən nümayiş olunacaq.

Şahanə XANKİŞİYEVA

XQ

Mədəniyyət