Rəqəmsal “Tanrı” insan əməyini yox edəcək?

post-img

Yaşadığımız dövrü boşuna texnologiya dövrü adlandırmırıq. Süni intellekt vasitəsilə artıq bir neçə insanın birgə fəaliyyəti bir alətlə əvəz olunur və zaman keçdikcə bu proses genişlənir. Süni intellekt böyük həcmdə məlumatların təhlilini tələb edən əksər rutin işləri öz üzərinə götürəcək. Bununla bağlı yeni peşələr yaranmağa başlayıb. Məsələn, sənaye mühəndisi, süni intellekt üzrə təlimçi, chatbot ssenari müəllifi və s. Həmçinin pandemiyadan sonra distant işlərin və işləyənlərin sayında artım müşahidə edilib. Bu, sürət qazanmağa davam edəcək. Bu halda bir neçə sual yaranır. 1)Yeni hansı peşələr yaranacaq? 2)Hansı peşələr sıradan çıxa bilər?   

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı XQ ilə fikirlərini bölüşdü. “Elm və texnologiyanın inkişafını analiz etsək, gələcəkdə istisnasız olaraq bütün ixtisasların yox olacağını görürük. Ümumiyyətlə,  insan əməyinə ehtiyac olmayacaq. Suni intellekt nəinki, fiziki, həmçinin zehni işləri görmək kimi funksiyaya da sahib olacaq( şeir yazmaq, musiqi bəstələmək və s.). Hətta hazırda bir sıra fabrik, zavod, xəstəxanalar var ki, orada yalnız suni intellektdən, robotlardan istifadə olunur. Bundan başqa, təhsili də suni intellekt vasitəsilə almaq mümkündür. Bu da onu göstərir ki, ən əsas  peşələrdən ikisi – həkim, müəllim peşələri belə yavaş-yavaş sıradan çıxır. Eyni qaydada hüquqşunasları, sürücüləri də əvəz edən suni intellekt artıq formalaşıb. Bundan  əlavə artıq satıcısı olmayan mağazalar da dünyanın inkişaf edən ölkələrinə artıq fəaliyyətə başlayıb. 

Hesab edirəm ki, insanlar İT, İKT sahəsində fəaliyyət göstərən, yaxud tədris alan daha düzgün seçim ediblər. İnsan əməyinə olan ehtiyac zaman keçdikcə aradan yavaş-yavaş qalxacaq. Prosesə baxanda görürük ki, bir müddət zaman heç jurnalistlərə də ehtiyac olmayacaq. Beləliklə, insanların sonu, robotların dövrü gələcək. Hesab edirəm ki, 2050-ci ilə qədər dünya tamamilə dəyişəcək, bizim “Hollywood” kinolarında gördüyümüz şəkilə gələcək. Bu səbəbdəndir ki, süni intellektin adını rərəmsal “Tanrı”” qoyublar.

Şahanə XANKİŞİYEVA

XQ

 

 

 



Maraqlı