Litvanın Kaunas və Vilnüs şəhərlərində keçirilmiş “Mədəniyyət Bağı – 2023” və “Vilnüs mənim şəhərimdir – Beynəlxalq İcma Festivalı” millətlərarası mədəniyyət tədbirində Azərbaycan diasporu da uğurla iştirak edib.
Litvadakı Azərbaycanlı Gənclər Təşkilatının təmsilçisi və Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlılarının Koordinasiya Şirasının Litvadakı koordinatoru Nərmin Əliyevanın təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəni irsini, turizmini, milli mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib. Festival ziyarətçilərinə vətənimiz haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
“Heydər Əliyev İli” çərçivəsində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar təqdim edilib. Xalqımızın dahi şəxsiyyətinin bir əsrlik yubileyinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu təşkil edilib.
Anar ƏLİ
XQ