Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimi keçirilir

post-img

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF-2023) bağlanış mərasimi keçirilir.

Tədbirdə Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger bu mötəbər tədbirin 50 il əvvəl keçirildiyi tarixi anları xatırladıb. O bildirib ki, Azərbaycan bu dəfə yenidən bütün kosmos icmasını öz dəyərli və zəngin mədəniyyətinə layiq yüksək səviyyədə qəbul edib. Kosmos icmasının Bakıda toplaşaraq ideyalarını, motivasiya və bilikləri ilə bölüşməsi tarixi məqamdır.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri konqres iştirakçılarını bu möhtəşəm tədbirin yüksək səviyyədə keçməsi ilə əlaqədar təbrik edib və növbəti tədbirlərdə iştirak üçün dəvət edib. Dörd mindən çox insanın bu il “IAF-2023”ə qoşulmasını təşkilat üçün yeni rekord adlandıran Kley Mouri hər kəsi bu uğurla əlaqədar təbrik edib.

Tədbir çərçivəsində bir sıra mükafatlar təqdim olunub.

İqtisadiyyat