Rəssamların fırçası ilə yaranan "Xromatik xəyallar"

post-img

Oktyabrın 5-də "Gazelli Art House"da çağdaş Azərbaycan incəsənətində rəngin metamorfik gücünü mədh edən rəsm əsərlərindən ibarət "Xromatik xəyallar" adlı qrup sərgisi açılıb.

"Xromatik xəyallar" sərgisi palitradan əsas element kimi məharətlə istifadə edən və seyrçi üçün heyranedici təəssüratlar yaradan yeni nəsil çağdaş rəssamları bir arada cəmləyib. Forma və perspektivə olan yanaşmaları ilə Lali Binyatova, Rufana Mamedova, Fərhad Nikfam və Şəlalə Salamzadə genişlənmiş reallığa qarışan unikal təxəyyül dünyalarına baxış təqdim edirlər.

Ekspozisiyada nümayiş olunan hər bir əsər rəssamların rəng çalarlarından canlı və dinamik istifadəsini nümayiş etdirərək, onların emosional fonuna pəncərə rolunu oynayır. 

Sərginin əsas əsərlərindən biri olan

Fərhad Nikfamın "Spektr"i, rəssamın rəng birləşmələri və onun gücü çərçivəsində yeni sərhədləri araşdırmaq və müəyyənləşdirmək meylini təcəssüm edir. F.Nikfamın işləri onun özünün gerçək və uydurulmuş dünyaları yalnız öz qavrayış prizmasında mövcud bir paraleldə birləşdirmək qabiliyyəti ilə seçilir. Rəssam ətrafımızdakı elementlərin təfərrüatlarını yüksək şəkildə qiymətləndirərək, əsərlərinin hər birinə gündəlik mövzuların bağlarını hörür.

Güclü, göz oxşayan kompozisiyaları və incə çalarlı araşdırmaları özündə birləşdirən sərgi Lali Binyatovanın "Ruhun inqilabı" eksperimental seriyası ilə bədii şərhi öyrənməyǝ davam edir. Dövrünün və coğrafi bölgəsinin sosial quruluşunu sənədləşdirib, tədqiq etməklə müasir Azərbaycan incəsənətində sabit yer tutmuş rəssam gündəlik həyatı əhəmiyyətli mədəniyyət atributlarından istifadə edir. Bu seriyada L.Binyatova yağlı boya vasitəsilə bir zaman çəkdiyi kadrlara yenidən həyat verir. Tanış ideoloji komponentlərin qavrayışını dəyişdirmək üçün o, vasitə olaraq rəngdən istifadə edib obyektivinin arxasındakı reallıqları ortaya qoyur.

Yeni baxış mövzusu həm Şəlalə Salamzadənin, həmçinin Rufana Mamedovanın əsərlərində ümumi mövzu rolunu oynayır. Ş.Salamzadənin "Qeyri-təsviri" seriyası Yaxın Şərq arxetiplərinin mədəni və mifoloji mənbələrindən ilham alır. Süni intellekt vasitəsilə yaradılan seriya rənglərin dinamik qarşılıqlı təsirini artırır. Bu cür bədii səyahətində rəssam ənənələr və qabaqcil texnologiya arasındakı boşluğu aradan qaldıraraq, seyrçini incəsənətin inkişafa meyilliliyi haqda düşünməyə çağırır. Oxşar şəkildə R.Mamedova da müxtəlif element və eksperimentlərlə nişanlanmış yaradıcılıq yoluna üz tutur. Qarışıq mediadan məharətlə istifadəsi sayəsində rəssam ənənəvi incəsənət formaları sərhədlərini aşaraq, müasir incəsənət landşaftında özünəməxsusluğu nümayiş etdirir və beləcə sərginin əhatə etdiyi bədii özünüifadə tədqiqatını daha da zənginləşdirir.

Sərgi noyabrın 5-dək davam edəcək.

 Fidan Salmanlı

 XQ


                                                   



























Mədəniyyət