Azərbaycanda Üzeyir Musiqi Günü şənlikləri

post-img

Bəstəkarın şərəfinə XV Beynəlxalq Musiqi Festivalı da başlanıb

18 Sentyabr Üzeyir Musiqi Günündə ölkəmizdə dahi bəstəkarın xatirəsi dərin ehti­ramla yad edilib, gün ərzində müxtəlif şənliklər keçirilib. Həmin gün Heydər Əliyev Fon­du və Mədəniyyət Nazirliyinin təşkilatçılığı sentyabrın 28-dək davam edəcək Üzeyir Ha­cıbəyli XV Beynəlxalq Musiqi Festivalı da start götürüb.

Bu il 18 sentyabr adını Azər­baycanın musiqi mədəniyyəti sal­naməsinə qızıl hərflərlə yazdırmış Üzeyir Hacıbəylinin anadan olma­sının 138-ci ildönümüdür. Mədə­niyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb. Mərasimdə mədə­niyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mə­dəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Nazir mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sent­yabr mədəniyyətimizin ən əlamət­dar günlərindən biridir: “Bu gün dahi bəstəkar Üzeyir Hacıbəy­linin doğum günüdür. 18 sent­yabr müstəqillik illərində böyük musiqi xadiminin şərəfinə ölkə­mizdə Üzeyir Musiqi Günü kimi qeyd olunur. Milli musiqi bayramı sayılan bu gün Üzeyir Hacıbəy­linin anadan olmasının 110 illiyi münasibətilə Prezident Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilib. Bu­nunla bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mə­dəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır. 2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilat­çılığı ilə dahi bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı da keçirilir. Bu gün artıq 15-ci festifal başlanır. Festi­val çərçivəsində müxtəlif tədbirlər təşkil ediləcək, bir sıra ölkələrdən ifaçı və kollektivlər çıxış edəcək”.

Azərbaycan Bəstəkarlar İtti­faqının sədri, Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın musiqi ta­riximizdəki rolunu belə dəyərləndi­rib: “Nə qədər ki, Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq”.

Sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbay­can musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bül­bül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzar­larını ziyarət ediblər. 

Mərasim iştirakçıları, həmçinin Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akade­mik Zərifə xanım Əliyevanın xa­tirəsini də ehtiramla anaraq mə­zarları üzərinə tər çiçək dəstələri düzüblər.

Üzeyir Musiqi Günü şənlikləri ənənəvi olaraq Azərbaycan Milli Konservatoriyasından başlanıb. Əvvəlcə rektor, Xalq artisti Siya­vuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin adı ilə bağlı olan Milli Musiqi Gününün önəmindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafın­da xidmətlərindən danışıb: “Fik­rimcə, dünyada ən yaxşı 5 musiqi mədəniyyəti varsa, onlardan biri Azərbaycan xalqına məxsusdur. Musiqimiz səsləndirildiyi hər bir ölkədə böyük maraqla qarşılanır. Bu musiqini professional səviy­yəyə məz böyük Üzeyir bəy yük­səldib”. 

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəy­linin doğum günü şərəfinə təsis olunan Milli Musiqi Gününün hər il təntənə ilə qeyd olunduğunu bil­dirib, bayram münasibətilə musiqi­sevərləri təbrik edib. 

Şənlik musiqi proqramı ilə da­vam edib. Azərbaycan Milli Kon­servatoriyasının tələbələrindən ibarət “Buta” xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Aysel Bağırova) tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Müqəddimə” təq­dim edilib. Orkestrin müşayiəti ilə Əməkdar artist Təyyar Bayramov, xanəndələr Arzu Əliyeva və Aytən Məhərrəmovanın ifasında “Qara­bağ şikəstəsi” səsləndirilib.

***

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da bəstəkarın xatirəsi ehtiramla anılıb, şərəfinə konsert proqra­mı səsləndirilib. 

Akademiyanın rektoru, Xalq ar­tisti Fərhad Bədəlbəyli dahi Üzeyir bəyin mədəniyyət tarixindəki ro­lundan danışıb, onun Azərbaycan musiqi mədəniyyəti tarixində yeni yol açdığını, milli bəstəkarlıq mək­təbinin özülünü qoyduğunu vurğu­layıb: “Azərbaycanın zəngin mu­siqi mədəniyyəti var. Biz də Üzeyir bəyin ənənələrinə sadiq qalaraq musiqi irsimizi yaşatmalı və inki­şaf etdirməliyik”. 

Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Or­kestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub. Əməkdar artist Xəyyam Mustafa­zadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov və başqa sənət­çilərin ifasında Ü.Hacıbəylinin “Ko­roğlu” operasından “Uvertüra” və “Rəqs”, “Ey Vətən”, M.Maqomaye­vin “Odlar yurdu”, F.Bədəlbəylinin “Anamız Azərbaycan”, R.Axund­zadənin “Qələbə marşı” əsərləri və “Heyratı” zərb muğamı səslən­dirilib.

***

Silsilə tədbirlər Rəşid Beh­budov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısında, Üze­yir Hacıbəyovun Ev Muzeyində və “Fəvvarələr” meydanında da­vam etdirilib. 

Yağışlı-yağmurlu payızın sərin nəfəsi duyulsa da, açıq havada ke­çirilən tədbirlərə minlərlə tamaşaçı toplaşıb. Üzeyir musiqisinə olan maraq və sevgi insanların Azər­baycanın incəsənətinə doğma mü­nasibətini əks etdirib. Şənliklərin iştirakçıları beynəlxalq festival təd­birlərinə də qatılmaq arzusunda olduqlarını bildiriblər. 

Göründüyü kimi, dahi bəstəka­rın sənət yolu bu gün də uğurla da­vam etdirilir. Onun banisi olduğu bəstəkarlıq məktəbi yetirmələrinin sayəsində milli musiqimizin dün­yada şöhrəti daha da artıb. Azər­baycan sənətçilərinin nüfuzlu bey­nəlxalq festival və müsabiqələrdə qazandıqları mükafatlar bunu bir daha təsdiq edir.

***

Dünən dahi bəstəkarın şərə­finə Azərbaycanda Üzeyir Ha­cıbəyli XV Beynəlxalq Musiqi Festivalı da başlayıb. 

Xatırladaq ki, Mədəniyyət Na­zirliyi beynəlxalq festivalın saytını (https://uhf.culture.az) hazırlaya­raq istifadəyə verib. Musiqisevər­lər sayt vasitəsilə musiqi bayra­mının tarixi, festivalın proqramı, Üzeyir Hacıbəylinin həyat və ya­radıcılığı haqqında ətraflı məlumat ala bilərlər. Qeyd edək ki, festival günlərində Bakı ilə yanaşı, Gəncə və Şəmkirdə də ABŞ, Fransa, Gür­cüstan, Xorvatiya, Rusiya, Almani­ya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təş­kil olunacaq.

Dünən axşam Üzeyir Hacıbəy­li XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sara­yının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nüma­yiş olunub. 

İlk azərbaycanlı musiqişü­nas-alim, böyük bəstəkar və icti­mai xadim olan Üzeyir Hacıbəy­liyə bir çox ilklər mənsubdur. O, Azərbaycan musiqi tarixində ilk operanı yazıb, ilk musiqili kome­diya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı olub. Azərbaycan musiqisinin dərinlik­lərini və istiqamətlərini araşdıraraq əsaslandırıb. Üzeyir Musiqi günü və XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən rəngarəng tədbirlərdən də görünür ki, dünya durduqca bu böyük azərbaycanlı­nın sənəti yaşayacaq, öz xalqına mənəvi zənginlik və şöhrət gətirə­cək.

***

Azərbaycan musiqişünaslı­ğında özünəməxsus yeri olan dahi bəstəkar Üzeyir Hacıbəyli­nin xatirəsi Avstriyada da anılıb.

Üzeyir Musiqi Günü münasi­bətilə ölkəmizin Avstriyadakı sə­firliyinin və Mədəniyyət Mərkəzi­nin təmsilçiləri dahi Azərbaycan bəstəkarının Vyanada ucaldılmış abidəsini ziyarət ediblər. Vyanada­kı Dunay Parkında yerləşən abidə önünə gül dəstələri qoyulub. 

Qeyd edək ki, Vyanadakı Du­nay Parkında Üzeyir Hacibəyli­nin abidəsi 2006-cı ildə ucaldılıb. Şəhərin əsas istirahət məkanların­dan biri olan bu parkda dahi bəstə­karın abidəsinin müəllifi görkəmli heykəltəraş Ömər Eldarovdur.

Ramilə QURBANLI,
Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto)
XQ



Mədəniyyət