Aləmdə səsi var...

post-img

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin anım günü keçirilib.

Tədbirdə elm xadimləri, mətbuat nümayəndələri, şair və yazıçılar, tələbə-gənc­lər iştirak edib. Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova Azərbaycanda tarixi roman janrının görkəmli nümayəndəsi olan Əzizə Cəfərza­dənin yaradıcılığında Vətən tarixi, xalqa sevgi motivlərinin üstünlük təşkil etdiyini söyləyib. Unudulmaz sənətkarın bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısın­da xidmətləri xatırlanıb. 

Filologiya elmləri doktoru, Vaqif Sultanlı, “Mirvarid Dilbazi Poeziya Məclisi” İcti­mai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı I Qarabağ Müharibəsi qazisi, mayor Aida Şirin, filologiya üzrə fəlsəfə doktorları Tacir Səmimi və Almara Nəbi­yeva, iqtisad elmləri doktoru şair, sosioloq Əhməd Qəşəmoğlu və başqaları Əzizə Cəfərzadənin geniş elmi və ictimai fəaliyyətindən bəhs ediblər. Tədbirdə “Aləmdə səsim var mənim” adlı videomaterial nümayiş olunub, Əzizə Cəfərzadənin şeirləri səsləndirilib, aşıq sənəti nümunələri ifa edilib.

Sonda yazıçının oğlu Turan İbrahimov tədbir iştirakçılarına minnətdarlıq edərək, Əzizə Cəfərzadənin kitablarını C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası­na hədiyyə edib. 

Hazırladı:
Ə.DOSTƏLİ,
XQ

Mədəniyyət