“İRS” jurnalı fransız dilində

post-img

Jurnalın bu nömrəsində Azərbaycanın maddi-mədəni irsinə, qədim tarixinə, müasir inkişafına, ədəbiyyatına, azad edilmiş ərazilərdəki quruculuq işlərinə, dünya siyasətindəki uğurlarına, görməli-gəzməli yerlərinə həsr olunmuş məqalələr yer alıb.

Jurnalda səfir Leyla Abdullayevanın Azər­baycan–Fransa münasibətlərinin tarixindən bəhs edən məqaləsi oxucuların diqqətinə çat­dırılıb. Eləcə də Azərbaycanın tarixi mədəniy­yət mərkəzi, Qarabağın incisi və hərbi-strateji əhəmiyyətə malik qədim Şuşa şəhərinə həsr olunmuş məqalə də dərc olunub.

Müasir Azərbaycanın banisi Heydər Əliye­vin anadan olmasının 100 illiyi çərçivəsində Ümummilli Liderin həyat və siyasi fəaliyyətin­dən bəhs edən məqalə yer alıb.

Jurnalın fransızca buraxılışında Ermənis­tandan qovulmuş azərbaycanlılardan, “Qafqa­zın Xirosiması” adlandırılan Ağdam şəhə­rindən, milli teatr və musiqimizdən və Fikrət Əmirovdan bəhs edən məqalələr dərc olunub. Jurnalda dərc olunmuş məqalələr zəngin fotoil­lüstrativ materiallarla əhatə olunub.

Hazırladı:
Ə.DOSTƏLİ,
XQ

Mədəniyyət