Park Cinemada tamaşa göstəriləcək

post-img

Park Cinema balaca izləyiciləri və valideynləri 12 avqust saat 12:00-da Park Bulvarda yerləşən  “Kids Hall” zalında keçiriləcək “Xəzər dənizinin quldurları” adlı əyləncəli uşaq tamaşasına dəvət edir. 

“Xəzər dənizinin quldurları” adlı macəra dolu tamaşa dəniz piratlarının Xəzərin altında gizlənən xəzinənin axtarışına çıxarkən, qarşılaşdıqları inanılmaz sərgüzəştlərdən haqqında bəhs edir. Baş qəhrəmanlar müxtəlif sınaq və təhlükələrlə qarşılaşır, həmçinin hər kəsin sevdiyi məşhur cizgi filmləri və nağıl qəhrəmanları ilə görüşürlər. 

Bu unudulmaz tamaşa balaca dostlarımıza dostluğun nə qədər önəmli olduğunu, başqalarına yardım etməyi və cəsur olmağı öyrədəcək.

4 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan tamaşa azərbaycan və rus dillərində nümayiş olunacaq.

Biletləri Park Cinema-nın rəsmi vebsaytından və kinoteatrın kassalarından əldə etmək mümkündür.

 

 

 

Mədəniyyət