Mədəniyyət xəbərləri

post-img

Azərbaycan Dövlət “Yuğ” Teatrın­da mövsümə “Mənəm, mən” tama­şası ilə yekun vurulub.

Teatrdan verilən xəbərə görə, ta­maşa İlqar Fəhminin əsəri əsasında, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırla­nıb.

Mistik-psixoloji dram janrlı səhnə əsərində Xalq artisti Məmmədsəfa Qa­sımov, Əməkdar artist Qasım Nağı, akt­yorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmi­dov və Elşən Əsgərov çıxış ediblər. 

***

“Qobustan” dərgisinin baş re­daktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva “Camphood” yay məktə­binin şagirdləri ilə görüşüb. 

Müxtəlif yaş qruplarından olan uşaq və yeniyetmələr üçün təşkil edilmiş yay məktəbinin əsas məqsədi məktəblilərin tətil boyunca yeni bilik və bacarıqla­rı əylənərək öyrənməsi, əldə etməsi­dir. Belə ki, ən müxtəlif mütəxəssis və məşqçilər yay düşərgəsində uşaqlarla maarifləndirici, öyrədici söhbətlər apa­rır, polemikalar üçün mövzular tapırlar. 

Pərvin Nurəliyeva uşaqlara kitabla­rın insanın özünüinkişafında rolundan söz açıb. Balacalar oxuduqları yad­daqalan əsərlər haqda fikirlərini bölü­şüblər. Həmçinin onlarla uşaq pyesi­nin müəllifi kimi, balacaların sifarişləri də yazıçı üçün maraqlı olub. Uşaqlar hansı mövzularda əsərlər, tamaşalar, filmlər gözlədikləri haqda düşüncələrini bölüşüblər. Həmçinin balaca istedadlar öz yazdıqları mətnlərdən, şeirlərdən bəhs edib, yazıçı ilə birgə kiçik süjet­lər qurublar. Sonda Pərvin Nurəliyeva Azərbaycan və rus dillərində kitablarını və “Qobustan” toplusunun son saylarını uşaqlara hədiyyə edib və iştirakçılarla xatirə fotoları çəkdirib. 

***

Sumqayıt Şəhər İcra Hakimiy­yəti başçısının müavini Fərid Ələk­bərovun rəhbərlik etdiyi nümayən­də heyəti Belarus Respublikasının Mogilyov şəhərində səfərdə olub.

Fərid Ələkbərov Mogilyov şəhərinin yaranmasının 756-cı ildönümü ilə bağ­lı keçirilən “şəhər günü” tədbirlərində iştirak edib. Mogilyov şəhərinin meri ilə görüşdə Sumqayıt ictimaiyyəti adından hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Sumqayıt şəhəri 14 il bundan öncə Mogilyov şəhəri ilə qar­daşlaşıb.





Mədəniyyət