“Heydər Əliyevin həyatının 100 anı”

post-img

“Ulu öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı (100 moments of Heydar Aliyevs life) iyulun 12-də İstanbulda, sonra isə Paris və Cenevrə şəhərlərində geniş ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, ümumilikdə, 553 sə­hifədən ibarət olan “Heydər Əliyevin hə­yatının 100 anı” kitabı Azərbaycanın xilaskar oğlunu ümummilli lider zirvəsinə ucaldan real işlərini, gərgin əməyi­ni, yüksək insani key­fiyyətlərini, Vətəninə və xalqına bağlılığını özündə ehtiva edir.

Azərbaycan və in­gilis dillərində hazır­lanaraq nadir üslub­da nəfis tərtib olunan rəngli nəşrin əvvəlində Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident Sərəncamının mətni iki dildə yerləşdirilib. Mündəri­cat, ön söz, giriş və ədəbiyyat bölmələrindən ibarət nəşrdəki məqalələr və nadir fotolar ümummilli lide­rin xalq, Vətən, ölkə və dövlət qarşısındakı misilsiz xidmətlərini tərənnüm edir. Nəşrdəki materiallar ulu öndərin bəşəri prinsipləri barədə oxucuda real fikir formalaşdırır.

“Xalq qəzeti”

Mədəniyyət