Uşaqların rəngli sevgisi

post-img

“Art School” incəsənət məktəbi şagirdlərinin əsərlərindən ibarət “Müstəqilliyimiz əbədidir” adlı sərgini Bakı Gənclər Mərkəzinə gələn sənətsevərlər maraqla qarşılayıblar.


Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalı çərçivəsində təşkil edilən sərgidə 8-15 yaş arası gənc rəssamların 30 tablosu təqdim olunub. Tablolar ulu öndərin fəaliyyəti, ölkəmizin tarixi, mədəniyyətinə həsr olunub. Təqdim olunmuş rəsmlər parlaq, rəngarəng və dərin məzmunlu olmaları ilə diqqət çəkir.    

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət