Mədəniyyət xəbərləri

post-img

“Heydər Əliyev İli” və Silahlı Qüvvələr Günü ilə bağlı Türkiyənin BZT Akademiyasının Azərbaycan Təmsilçiliyi və Turan Akademinin təşkilatçılığı ilə qəhrəman şəhidlərimizin övladları ilə “Azərbaycanın qəhrəman övladları” adlı layihə təşkil olunub. 

Layihə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən həyata ke­çirilib. Bu çərçivədə uşaqlar Hərbi Qənimətlər Parkı və Şəhidlər xiyabanını zi­yarət ediblər və Gənc Tamaşaçılar Teatrında təşkil olunan əyləncəli proqramı izləyərək, müxtəlif səpkili oyunların iştirakçısına çevriliblər. 

*** 

Ölkəmizdə İkinci Bakı Beynəlxalq Piano Festivalı keçirilir. 

İlk dəfə belə bir festival bizdə keçən il təşkil edilib. Hazırkı festivalda 11 ölkə­dən tanınmış musiqiçilər iştirak edirlər. Konsert proqramlarına caz, flamenko, tanqo, klassik və s. musiqilərin ifası daxildir. Festivalın özəlliyi odur ki, bu dəfə film nümayişləri də nəzərdə tutulur. Bu filmlər sırasında Xalq artisti Oqtay Mirqa­sımovun “Bu, həqiqətin səsidir. Qara Qarayev” adlı ekran əsəri də var. 

*** 

Gənc rəssam Nəzrin Abbasovanın “Hisslərin ağuşunda” adlı fərdi sər­gisi olub. 

“Q Galery” qalereyasında keçirilən tədbirdə Nəzrin müxtəlif əsərlərini təq­dim edib. Sərgidə təqdim olunan rəsmlərdə rənglərin təbii qarışığından yaranan duyğu çələngində mövzuya xidmət edən əsas ideya boy göstərir. Rəssamın fan­taziyası tamaşaçıları unudulmaz emosional səyahətə aparır. 

 

Ə. DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət