Dünyanın ən böyük “iPhone” modeli

post-img

Vaxtaşırı hobbi məqsədləri və ya fərqlənmək üçün məşhur cihazların nəhəng versiyalarının hazırlanmasının şahidi oluruq. Bu dəfə isə dünyanın ən böyük “iPhone” modeli yaradılıb. Müxtəlif elektron cihazlardan istifadə edilərək düzəldilmiş “iPhone” Nyu -York küçələrində nümayiş etdirilib. 

Metyu Bem adlı fenomenin hazır­ladığı nəhəng “iPhone” modeli tam iş­lək vəziyyətdədir və uzunluğu 2 metrə yaxındır. Nəhəng sensor ekrana sahib telefon android əməliyyat sistemi ilə işləyir və bütün funksiyaları yerinə ye­tirə bilir. Onunla selfi çəkmək, qeydiy­yatdan keçmək, internetdə oynamaq, videolara baxmaq, araşdırma aparmaq və hətta “Apple Pay” ilə ödəniş etmək mümkündür. 

Qeyd edək ki, bu telefondan reklam məqsədləri üçün istifadə olunacaq. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya