“Ağıllı” yuxu qulaqcıqları

post-img

Hər insan keyfiyyətli yuxuya ehtiyac duyur. Texnologiyanın inkişafı ilə bir çox problem öz həllini tapıb. Bu dəfə isə “Philips” şirkəti bir ilkə imza ataraq, yuxu problemini aradan qaldıracağını iddia edir. Dünyanın ilk “ağıllı” yuxu qulaqcıqları satışa çıxarılır. 

Fərqli biometrik yuxu sensorlarına malik qulaqcıq, istifadəçinin yuxuya getmə müddətini hesablayır və səsin ötürülməsini buna uyğun tənzimləyir. Səsi azaltmaq və gücləndirmək müm­kün olan qulaqcıq, həm də fon səs-kü­yünü minimuma endirir. 

Səsin səviyyəsi xüsusi proqram vasitəsilə və ya fiziki düymələrlə təmin edilir. Qulaqcıqdan oxumaq, yatmaq, söhbət etmək kimi fəaliyyətlər üçün də istifadə oluna bilər. İstifadəçiyə yuxu vərdişlərinə görə fərqli tövsiyələr verən qulaqcıq yuxu zamanı heç bir narahat­lıq yaratmamaq üçün hazırlanıb. 

Qeyd edək ki, tamamilə ziyansız olduğu iddia edilən qulaqcıq oktyabr ayında satışa çıxarılacaq. 

Ə. MƏHƏMMƏDLİ, “Xalq qəzeti”

Dünya