Ağarma, ay saçım...

post-img

Bir çox insanın saçı 50 yaşılarında ağarır, bəziləri isə artıq 20 yaşında bu problemlə üzləşir. Elm adamları araşdırmalara əsaslanıb bununla bağlı açıqlama veriblər. 

Birincisi, saçların ağarması sağlam­lıq problemlərinə – ayrı-ayrı orqanların və ya bəzi daxili sistemlərin disfunksiyasına görə yarana bilər. Saçların erkən ağarma­sının bir səbəbi həzm orqanlarının xroniki xəstəlikləridir. Avitaminoz, ürək-damar xəstəlikləri, anemiya, sinir funksiyalarının pozulması, xroniki stress, yetkinlik döv­ründə keçirilən ciddi viral və böyrək xəstə­likləri saçların tez ağarmasına səbəb olur. 

Gənc xanımlar daha çox əziyyət çə­kir, ağarmış saçlarını rəngləyirlər. Bu, düzgün deyil. Öncə daxili problemlər həll edilməlidir ki, gələcəkdə ağır fəsadlar ya­ranmasın. 

Saçların ağarmasının bir səbəbi də qidalanma və pis vərdişlər ola bilər. Az proteinli pəhrizlər, vitamin və elementlərin defisiti, təmiz havada gəzməmək saçlara mənfi təsir göstərir. 

Bunlarla yanaşı, yuxu amili də önəmli­dir. Yuxu rejimi gənc yaşda pozulursa, 30 yaşda saçlar ağarmağa başlayır. 

 

Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat