Dağlıq ərazilərə yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 26- da Bakıda və Abşeron yarımadasın­da yağmursuz keçəcək.

Mülayim cə­nub-şərq küləyi əsəcək. Gecə 17-22°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütu­bət 55-65 faiz olacaq. Abşeron çimər­liklərində dəniz suyunun temperatu­ru: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,Cənub çimərliklə­rində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayon­larında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsə­cək, arabir güclənəcək. Havanın tem­peraturu gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya