Hündür göydələnlər

post-img

Sinqapurdakı “Avenue South Residence” göydələn layihəsi keçən həftə “ADPP” memarlıq studiyası tərəfindən təqdim edilib. 

Layihə çərçivəsində 56 mərtə­bəli binaların ucaldılması nəzərdə tutulur. Binalarda müasir yığma texnologiyaları tətbiq edilib. 

Məlumata görə, kompleksdə 988 mənzil, bir neçə ticarət obyekti, uşaq bağçası, restoran və kafe olacaq. Həmçinin 19 və 36-cı mərtəbələrdə 16 “səma terrası” və daha bir neçə böyük ümumi terraslar yerləşəcək. 

S.RZAYEVA, “Xalq qəzeti”

Dünya