“Krakov-2023”: Mübarizə davam edir

post-img

İyunun 25-də 34 medal dəsti sahibini tapıb. 

Avropa Oyunlarının altıncı günün­də tamaşaçılar 17 növdə mübarizəyə şahid olublar. Azərbaycan idmançıları boks, taekvondo, qılıncoynatma, mu­ay-tay və atıcılıqda qüvvələrini sınayıb­lar. 

Muay-tay üzrə təmsilçimiz Aysun Dərvişova (57 kq) və Emiliya Rzayeva (63,5 kq) və Xəyal Əliyev (67 kq) yarım­finala vəsiqə qazanmaqla özləri üçün ən azı bürünc medalı təmin ediblər. 

Yarımfinal görüşləri iyunun 26-da keçiriləcək. 

Xatırladaq ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkə­dən 7 minə yaxın idmançı mübarizə aparır. Azərbaycan “Krakov-2023”də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman