Komandamız “Berlin-2023”də uğurla çıxış edib

post-img

Almaniyanın Berlin şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında komandamız uğurla çıxış edərək 6 qızıl, 5 gümüş və 13 bürünc medal qazanıb. 

Turnirin son günündə üzgüçülük yığmamızın üzvü Aidə Rzayeva arxası üstə 25 metr məsafəyə üzmədə bütün rəqiblərini geridə qoyaraq qızıl medala layiq görülüb. 

Atletika üzrə yığmamızın üzvü Bəh­ruz Bənnayev 100 metr məsafəyə qa­çışda qalib olub. 

Daha bir qızıl medalı yığmamıza oğlanlardan ibarət UNİFİED SPORTS (birləşmiş idman) voleybol komanda­mız qazandırıb. Finalda Çex Respub­likasının yığma komandasına qalib gələn millimiz qızıl medal alıb.

 

 Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman