Yazıçının yubileyi

post-img

Masallıdakı Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlunun anadan olmasının 65 illiyi qeyd olunub. 

Rayon rəsmiləri, elm, mədəniyyət xadimləri, ictimaiyyət və media nü­mayəndələrinin iştirak etdikləri tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağacəfər Həsənli açıb. Yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarx izlənilib. 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubilyarı təb­rik edib, yaradıcılığında yeni uğurlar arzulayıb. Azərbaycan Yazıçılar Bir­liyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə, yazıçının qələm dostları onun çoxşaxəli yaradı­cılığından danışıblar. 

Sonda Nurəddin Ədiloğlu tədbirin təşkilatçılarına və iştirakçılarına min­nətdarlığını bildirib. 

 

Ə. DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət