"35 ildən sonra" tamaşasının premyerası keçiriləcək

post-img

İyunun 16-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə  teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan "35 ildən sonra" tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Əməkdar artist Elnur Bəhramxan, Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.

Bir hissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalığının fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasından bəhs edir.

Fidan HÜQUQQIZI,

"Xalq qəzeti"





Mədəniyyət