Xankəndi şəhər stadionunın bərpasının yekunlaşma tarixi açıqlanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Xankəndi Şəhər Stadionu avqust və ya sentyabr aylarınadək tam hazır olacaq.

XQ xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, arenada III MDB Oyunlarına görə oxatma yarışları təşkil edildiyi üçün bərpa işlərində ləngimə olub.

F.Qayıbov stadion üçün bəzi avadanlıqların ölkə xaricindən gətiriləcəyini vurğulayıb.

İdman