Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda memarlıq” sərgisi açılacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş “Xalçalarda memarlıq” adlı sərgi açılacaq.

XQ xəbər verir ki, sərgidə muzey kolleksiyasına aid XIX-XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş olunacaq. Ekspozisiya Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsini və tarixi abidələrin ornamental yaddaşda yaşadılmasını əks etdirir.

Sərgidə Xalq rəssamları Lətif  Kərimovun, Eldar Mikayılzadənin, Əməkdar rəssam Taryer Bəşirovun, gənc xalçaçı-rəssam Afaq Abdullayevanın və başqalarının əsərləri yer alacaq. Xalq rəssamı Eldar Mikayılzadənin “Məlhəm” xalçası və rəssam Cəmilə Həşimovanın “Yol” konseptual layihəsi isə ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

“Xalçalarda memarlıq” sərgisi Azərbaycan xalça sənətində memarlıq irsinin estetik və fəlsəfi təcəssümünü nümayiş etdirir, ənənə ilə müasir baxış arasında yaradıcı əlaqə yaradır.

Mədəniyyət