Vitali Kliçko Kiyevdə matəm günü elan edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.

XQ xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

“Sabah — 15 may Kiyevdə matəm günü elan olunur. Bu qərar düşmənin paytaxta həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib”, - paylaşımda deyilir.

Məlumata görə, sabah şəhərdə bayraqlar yarıyadək endiriləcək, əyləncəli tədbirlərinin keçirilməsi qadağan olunub.

Qeyd edək ki, hazırda Kiyevin Darnitski rayonunda yaşayış binasında dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.

Son məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb.

Dünya