Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mədəniyyət Nazirliyi ilə “Real TV”-nin birgə əməkdaşlığı ilə müasir Azərbaycan ədəbi dilinin saflığının qorunması, cəmiyyətdə bununla bağlı məlumatlılığın artırılması məqsədilə “Redaktor” adlı televiziya layihəsi həyata keçiriləcək.
Bu barədə XQ-yə nazirlikdən məlumat verilib.
Bildirilib ki, layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına əsasən reallaşır.
Konsepsiyada dil milli kimliyin formalaşmasında və qorunmasında həlledici rol oynayan fundamental amil kimi səciyyələndirilir. Həmçinin media sahəsində dil mədəniyyətinin qorunması, normativ dil qaydalarına əməl olunması və milli leksik fondun zənginləşdirilməsi də xüsusi vurğulanır.
Layihə üzrə konkret nümunələr əsasında Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasına dair məlumat veriləcək. Bununla yanaşı, indiyədək yalnış bildiyimiz sözlərin də düzgünlüyünə toxunulacaq. Bir neçə dəqiqəlik çarxlarla Azərbaycan dili ilə bağlı maraqlı məlumat əldə edə, danışıq dilinizi zənginləşdirə, yazılış qaydaları ilə bağlı biliklərinizi daha da artıra bilərsiniz.

