Mütaliə mədəniyyətdir

post-img

Əli Şamil, “Yol dəftərimdən...”

Ömrünü türk xalqla­rının folklor və ədəbiy­yatının, dəyərli şəxsiy­yətlərinin, eyni zamanda, dünyanın bütün nöqtələ­rində yaşayan irili-xırdalı bütün türksoylu xalqların problemli məsələlərinin araşdırılıb üzə çıxa­rılmasına sərf etmiş tədqiqatçı Əli Şamilin “Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Mol­dova, Güney Koreya” kitabı onun oxucularla növbəti görüşüdür.

Bu görüş təkcə müəl­lifin gəzdiyi məkanlar, iştirak etdiyi elmi simpo­zium və tədbirlər, eləcə də səyahətlər haqqında təəssüratlar deyil, həm də türk yurdlarını öyrən­mək və böyük bir sevgi ilə oxucuya təqdim et­mək məramının təsdiqi­dir. Müəllif təqdimatında qeyd edir ki, ali məktəbin son kurslarından baş­layaraq, türk xalqlarını daha yaxından tanımaq üçün onların yaşadıqları bölgələrə getdim, ay­dınları ilə görüşdüm. Bu görüşlər haqqında yaz­dıqlarım o vaxtlar redak­siyalar tərəfindın bəyə­nilmədi...

Əli Şamilin yol dəftə­ri vaxtilə sovet rejiminin qadağaları ucbatından “bəyənilməyən təəssü­ratlar”ın toplandığı bu ki­tab kimi də təqdim oluna bilər. Amma mütləq qeyd edilməlidir ki, bu kitab ömrü sürgünlərdən və təqiblərdən keçən azər­baycanlıların taleyindən heç nəyi ilə fərqlən­məyən türksoylu xalqları daha yaxından və sevgi ilə tanımağa böyük im­kanlar yaradır.

Arif Rəhimoğlu, “Dilimiz və tariximiz”

Sovetlәr Birliyinin süqutu әrәfәsindәAzәr­baycanda başlanmış milli mücadilәnin ön sıraların­da dayanan Arif Rəhimoğlu dilçi alim olsa da, daha çox ideoloji şahədə fəallıq göstərmişdir. O, “Siyasi tәbliğatın әsas­ları”, “İdeologiya” kimi әsәrlәri ilə milli məfkurə sahәsindәki boşluğu doldurmağa çalışmışdır. Hətta ömrünün sonuna kimi də silahdaşlarının bir çoxu bilmәdi ki, Arif Rәhi­moğlu mükəmməl bir dilçi və dil tarixçisi olmuşdur.

Ölümündən sonra nəşr edilmiş “Dilimiz və tariximiz” adlı kitab da bunu bir daha təsdiqləyir. “Еlm vәtәhsil” nәşriyya­tının çap etdiyi kitabda müəllifin müxtəlif illərdə yazdığı dil və dil tarixi, türk dillәrinin söz varlığı, antropologiyası və türk xalqlarının mifologiyası haqqında məqalələr yer alır. 

Arif Rəhimoğlu öm­rünün son illərini İsve­çin Göteborq şəhərində yaşamış və 2022-ci ilin aprelində orada vəfat etmişdir. O, 20 kitab və 250-dək elmi məqalə müəllifidir, əsərlərinin bir qismi Azərbaycanda nəşr edilmişdir.

Əli ƏLİYEV, “Xalq qəzeti”



Mədəniyyət