Festivalın əlvan rəngləri

post-img

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Astara Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri təhsil festivalı ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 

Astara şəhəri dənizkənarı park-bulvar ərazisində başlanan festivalda Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Astara Ra­yon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları, tanın­mış ictimaiyyət nümayəndələri, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideyn­lər iştirak ediblər. Lənkəran-Astara Regi­onal Təhsil İdarəsi, Lənkəran Rayon Mə­dəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tədbirə sanballı töhfələr hazırlamışdılar. 

Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regi­onda əməkdaşlıq platformasının yaradıl­masına dəstək verməkdir. Təqdimatlarla ali, orta ixtisas və peşə təhsil müəssisələ­ri, eləcə də beynəlxalq, respublika idman yarışlarının və müxtəlif layihələrin qaliblə­ri çıxış edib, düzgün ixtisas seçimi, təhsil kreditləri ilə bağlı məlumatlar verilib, xari­ci dillərdə dialoqlar aparılıb, kitab sərgisi və flaşmob nümayiş etdirilib, şagirdlərin musiqili çıxışları olub. Festivalda iştirak edən müəssisələr xidmət və məhsulları­nı nümayiş etdiriblər. Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər xoş təsir bağışlayıb. 

İcma və məktəbəqədər təhsil müəs­sisələri şagirdlərinin çıxışları da festivala xüsusi rəng qatıb, regionun peşə təma­yüllü siniflərinin, istedadlı gənc kimyaçı­ların və “Aqrobiomüxtəliflik” müsabiqəsi iştirakçılarının, eləcə də “SABAH” alimlə­ri və STEAM layihələri qaliblərinin təqdi­matı da diqqət çəkib. 

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib: “Ölkə­nin təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. Bu, insan­ların pozitivə köklənməsi baxımından önəmlidir. Ümumilikdə bugünkü səhnə bizim hamımızı sevindirdi. Gələcəkdə belə tədbirlərdən çox keçirəcəyimizə ümid edirəm. İnanıram ki, bu cür tədbir­lər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlər­dən sonra daha motivasiyalı olub, öy­rənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər”. 

Festivalda iştirak edən aparıcı ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Pedaqoji Universiteti özünün ge­niş stendi və təqdim olunan təhsil xidmət­ləri ilə xüsusilə fərqlənib. Son illər burada istər innovativ elmi-pedaqoji yanaşmala­rın tətbiqi, beynəlxalq əməkdaşlıq, istər­sə də müasir tədris infrastrukturunun, laboratoriyaların yaradılması fonunda qəbul planının tam dolduğu haqqında məlumat verilərək, keçirilən festivalda da cəmiyyətdə pedaqoji ixtisaslara və ADPU-ya böyük marağın əks olunduğu diqqətə çatdırılıb. Stenddə universitetdə aparılan elmi-tədqiqatların nəticələrinin əks olunduğu kitablar, dövri-elmi jurnal­lar, ADPU-nun 100 illik yubileyinə həsr olunmuş silsilə əsərlər, reklam və məlu­mat materialları nümayiş olunub.

Xəzərin sahilindəki park-bulvara top­laşmış iştirakçılar təqdimatları maraqla qarşılayıblar. Festival boyunca iştirakçı­lar kitab sərgilərində iştirak edib, düzgün ixtisas seçimi, təhsil tələbə kreditləri və s. ilə bağlı məlumatlandırılıb.

Gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən belə tədbir­lərin paytaxtla yanaşı regionlarda keçiril­məsini yüksək qiymətləndirilib, regionla­rın inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edilib.

Ə.NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət