Gəncə teatrı Trabzonda

post-img

May ayının 16-dan Gəncə Dövlət Dram Teatrı Türkiyənin Trabzon şəhərində keçirilən 23-cü Qara dəniz Beynəlxalq Teatr Festivalında iştirak edir. 

Festivala Türkiyənin Ankara, İs­tanbul, İzmir, Ərzurum şəhərlərindən, eləcə də İtaliya, Norveç, Bolqarıstan və Qazaxıstandan teatr kollektivləri qatılıb. Gəncəli teatr təmsilçiləri festi­vala Ejen İoneskonun “Kral ölür” (ab­surd keçid) tamaşasını aparıblar. Bu pyes həyat və ölüm arasında dünya­nın maraq doğuran keçidlərinin təza­hürü və insan taleyi haqqında baxış çərçivəsidir. Xatırladaq ki, yeni səhnə işinin quruluşçu rejissoru Tural Mus­tafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Zeynəb Hü­seynovadır. Rolları əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sev­da Orucova, Kəmalə Məmmədova, aktrisa Günay Cabbarova və aktyor Ruslan Hüseynov ifa edirlər.

“Xalq qəzeti”

Mədəniyyət