Bakıda “Rusiya Film Festivalı”

post-img

Mayın 19-dan Bakıda “Rusiya Film Festivalı” brendi ilə kino günləri keçirilir. Paytaxtımızdakı Rus Evindən verilən məlumata görə, “Roskino” tərəfindən təşkil olunan üçgünlük festival “CinemaPlus Azerbaijan Cinema” kinoteatrında keçirilir. 

“Rusiya Film Festivalı” Azərbay­canda artıq üçüncü dəfədir ki, təşkil edilir. 2021-ci ildə festival onlayn, ötən il isə hibrid formatda – onlayn və oflayn keçirilib. Festival çərçivə­sində beş film pulsuz nümayiş olu­nur. Tamaşaçılar fantastika janrında olan “Qırmızı papaq” adlı ailə filmini, “Dalğalar” kinodramını, “Libereya: xəzinə ovçuları” macəra hekayəsini, həmçinin Rusiya prokatında uğur qa­zanan “Qar kraliçası: donun əriməsi” və “Gəlin qaçıran. Kaşşey” cizgi film­lərini seyr etmək imkanı qazanıblar. 

Festivalın son günündə nümayiş olunacaq “Dalğalar” filminin prodü­seri Bakıda anadan olmuş Səbinə Yeremeyevadır. O, Avropa Kino Aka­demiyasının üzvüdür. Film həyatda yeni mənanın axtarışından bəhs edir. 

“Xalq qəzeti”

Mədəniyyət