Azərbaycanlı dirijorun Moskva konsertləri

post-img

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri silsilə konsertlər verib. Moskva Dövlət Filarmoniyasının əsas konsert salonu olan Çaykovski konsert salonunda “Bir şedevrin tarixçəsi” və “Gənc istedadlar” proqramına daxil olan konsertlər böyük maraqla qarşılanıb.

“Bir şedevrin tarixçəsi” layihəsi çərçivəsində dahi Avstriya bəstəkarı Frans Şubertin “Yarımçıq” adı ilə ta­nınan 8-ci simfoniyası ilk dəfə olaraq tam variantda dinləyicilərə təqdim olunub. Gecədə bəstəkarın əlyazma­ları əsasında məşhur musiqişünas Filip Leqq tərəfindən bərpa olunan əsər azərbaycanlı dirijor Əyyub Quli­yevin ifasında bütöv şəkildə səslənib. Simfoniya ilə bərabər proqramda F.Şubertin “Rozamunda, Kipr şahzadə­si” pyesinə musiqi də özünəməxsus yer alıb. 

“Xalq qəzeti”

Mədəniyyət