Yubiley ilinin “Ədəbiyyat adamı” müsabiqəsinə yekun vurulub

post-img

Azərbaycan Dillər Universitetində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Xalq ya­zıçısı, akademik Kamal Abdulla mü­sabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib: “Bildiyimiz kimi, 2023-cü il, xüsusilə may ayı ulu undər Heydər Əliyevin 100 illik yubileyi ilə əlamətdardır. Biz də fon­dumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçıla­rımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayın­da 5 nəfərə təqdim edək. Bəs niyə Ədəbiyyat adamı? Fikrimcə, bu ad iddiasız, mütəvazi addır. Bizim alə­mimizdə Ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəh­mətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxs­dir. Mükafatın qalibləri tamamilə su­byektiv meyarlar əsasında seçilib. Bu mükafatın unikallığı ondadır ki, burda konkurentlər yoxdur”.

Sonra qaliblər – Məmməd Oruc, Mahir Qarayev, İlham Rəhimli, Fəxri Uğurlu və Maral Yaqubova təltif olu­nublar. Onlar öz çıxışlarında müka­fata layiq görüldükləri üçün Azərbay­can Yaradıcılıq Fonduna təşəkkür ediblər.

Qeyd edək ki, “Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, kon­franslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qa­palı seminarlar keçirilməsi, mükafat­ların verilməsi nəzərdə tutulub.

“Xalq qəzeti”

Mədəniyyət