Dünya Qadın Seriyasının oyunları Astarada

post-img

Turnirin açılış oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub. Bu görüşdə Ukrayna kollektivi 15-14 hesablı qələbə qazanıb. B qrupunda isə favorit Çin millisi, Avstriya komandasına 14-13 hesabı ilə məğlub olub. 

C qrupunda ilk oyununu keçirən qadın millimiz Polşa seçməsi ilə oyundan 22-7 hesablı məğlubiyyətlə ayrılıb. D qrupun­da qərarlaşan “Neftçi” klubu isə Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15-12 hesabı ilə qalib ayrılıb. 

Turnir mayın 21-də başa çatacaq. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman