“Mona Liza körpüsü”

post-img

İtalyan rəssam Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun daha bir sirri açılıb. Belə ki, yerli tarixçilərdən biri tablonun fonundakı körpünün yerləşdiyi ərazini müəyyən edərək, əsərin harada çəkildiyini dəqiqləşdirib.

Layihə üzərində “Le Rocca” mədəniy­yət dərnəyi ilə birlikdə işləyən tarixçi alim Silvano Vinçeti ərazinin dron vasitəsilə hazırkı mənzərəsini rəsm əsəri ilə müqa­yisə edib. S.Vinceti körpünün Toskanada olduğunu iddia edib.

Tarixçi “Ansa” jurnalına müsahibəsin­də bildirib: “Bu, Arezzo əyalətindəki Late­rinada yerləşən Ponte di Valle kimi tanı­nan “Romito Etrusk-Roma” körpüsüdür. Bu gün körpünün yalnız bir tağı qalıb, lakin 1501-ci ildən 1503-cü ilə qədər olan dövrdə körpü Florensiya əyalətindəki Medici ailəsinin mülklərinə aid idi. Bunu arxiv sənədləri sübut edir”. 

Alim körpünü Mona Lizanın şərəfinə adlandırmağı təklif edib.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Mədəniyyət