Daşkənddə Novruz şənliyi

post-img

Martın 21-də Daşkənd yaxınlığındakı “Müstəqillik” kompleksində Novruz bayramı münasibətilə böyük el şənliyi keçirilib.

Tədbirdə Özbəkistan hökumətinin və parlamentinin üzvləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, digər xalqların təmsilçiləri, o cümlədən paytaxtda yaşayan azərbaycanlılar və jurnalistlər iştirak ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Novruz bayramı münasibətilə iştirakçıları və ölkədə yaşayan bütün xalqların nümayəndələrini təbrik edib. Prezident bildirib ki, Novruz Şərq təqviminə görə yeni ilin başlanğıcıdır. Novruz həm də sülhə, əmin-amanlığa, barışa çağırış bayramıdır.

Martın 21-də Özbəkistan paytaxtının, vilayət mərkəzlərinin, rayonların park və meydanlarında da izdihamlı Novruz şənlikləri keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib. 

Qulu Kəngərli 

Daşkənd

 

89.jpg

Mədəniyyət