Gürcüstanda azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qarşılayıblar

post-img

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Tea Axvlediani, Kvemo Kartlinin qobernatoru Qiorqi Doxturişvili və digər hökumət nümayəndələri, yerli bələdiyyə rəhbərləri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, SOKAR-ın Gürcüstandakı rəhbəri Mahir Məmmədov, parlamentin deputatları, azərbaycanlı ictimaiyyət nümayəndələri, Marneulinin ətraf kəndlərindn gələn məktəb müəllimləri, gürcü və azərbayycanlı icmasının fəallari, gənclər və məktəblilər bayram əhval-ruhiyyəsi ilə Marneulidə Novruz bayramını təntənəli şəkildə qeyd ediblər.

Baş nazir İ. Qaribaşvili və hökumət rəsmiləri bayram əhval-ruhiyyəsi olan azərbaycanlılarla görüşərək onları Novruz bayramı münasibətilə təbrik ediblər. Sonra baş nazir və digər nazirlər, həmçinin Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri, rayon rəhbərliyi birlikdə  bayram tonqalını alovlandırıblar.

 Baş nazir İrakli Qaribaşvili bayram münasibətilə azərbaycanlıları, qonaqları təbrik edib, onlara                  cansağlığı, sülh və firavanlıq, daha çox bərəkət, sevinc dolu günlər, sabitlik və bu gözəl gün üçün gürcü xalqının ən xoş arzularımı çatdırıb.

İ. Qaribaşvili bu gün “Jurnalist Günü” münasibətilə tədbirə gələn bütün jurnalistləri də təbrik edib. “"Mən hər bir jurnalisti Gürcüstan Jurnalistikası Günü münasibətilə təbrik edirəm, cəmiyyət qarşısında məsuliyyətə və yüksək peşəkar etika standartlarına əsaslanan işiniz ölkəmizin demokratik inkişafının və onun Avropa gələcəyinin qurulmasının açarıdır".”

Baş nazir jurnalistlərə açıqlamasında bildirib: “Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş insanlara, ziyalı insanlara böyük hörmət və məhəbbətimi təsdiq etmək istəyirəm. Onların Novruz bayramını təbrik edirəm. Hər yerdə bu bayramı qeyd edənləri, Azərbaycandakı, Türkiyədəki qardaşlarımızı da təbrik edirəm”, - deyə baş nazir bildirib.

Tədbirdə Novruz bayramı atributları nümayiş etdirilib, qonaqlara azərbaycanlıların bişirdiyi şirniyyatlar, qoğal və şəkərbura, kişmiş, armudu stəkanlarda çay təqdim edilib, yumurta döyüşdürülüb, süfrələri səməni bəzəyib. Bayram iştirakçıları bir-birilərinə xeyir-dua veriblər, Novruzun gözəlliyini, ülviliyini, milli bayram kimi xoş məramlı bir bayram olduğunu bildiriblər.

Bu gün Rustavi şəhərində də Gürcüstan Prezidenti Salome Zurabişvilinin qatıldığı Novruz təntənəsi baş tutub. Tədbirdə azərbaycanlı və gürcü nümayəndələri, rəsmi şəxslər iştirakı ilə geniş tədbir keçirilib. Prezident yazın gəlişi, təbiətin oyanışı günlərində keçirilən Novruz bayramının insanlara xoş-əhval ruhiyyə gətirdiyini deyib və xüsusilə Novruz bayramını saf və təmiz qəlblə fərəhlə qarşılayan azərbaycanlı icmasının nümayəndələrini yeni başlanğıc, yeni həyat, sülh və firavanlıq münasibətilə ürəkdən təbrik edib.

Qeyd edək ki, tədbirlərdə Türkiyədə baş verən zələləyə görə bayram keçirilən zaman musiqi səsləndirilməyib.

Nizami Məmmədzadə,

Azərbaycanın Əməkdar jurnalisti

 







Son xəbərlər